Menu
Geri İrəli

Sumqayıtda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2017 • Baxış sayı: 993 dəfə • Şərh yoxdur

yanginsonduren-mashinSumqayıtda yataqxanada yanğın baş verib.

sumqayitxeber.com  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt şəhər 42 -ci məhəllə ərazisində 9 saylı yataqxana binasının 4-cü mərtəbəsinin ümumi dəhlizində yerləşən sahəsi 30 m2 olan mətbəxin yanar konstruksiyaları yanıb.

Yüksək temperaturdan mətbəxin və dəhlizin lambirindən ibarət tavanı 60 m2 sahədə əriyib. Yanğın zamanı 3 nəfər sakin yanğınsöndürənlər tərəfindən xilas edilib və 25 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Dəhlizin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın