Menu
Geri İrəli

Sumqayıtda yol polisi ağır qəza törətdi: özü və iki qadın öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyun 2016 • Baxış sayı: 17,433 dəfə • 3 şərh

1467001609_11f703Yüksək sürətlə hərəkət edən minik avtomobili arxadan avtobusa çırpılıb Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, dünən axşam saat 10 radələrində Sumqayıt şəhərinin girişində – Gömrük İdarəsinin yaxınlığında «Hyundai Azera» markalı avtomobil 3 nömrəli marşrut avtobusu ilə toqquşub. Yüksək sürətlə hərəkət edən minik avtomobili arxadan avtobusa çırpılaraq yararsız hala düşüb. Avtomobildə olan 4 nəfərdən 3-ü hadisə yerində keçinib. Məlumatda bildirilir ki, qəzanı törədən sürücü yol polisi əməkdaşıdır. Polis baş serjantı Ramin Tahirov Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində işləyirmiş. Qəza baş verən zaman onun avtomobilində dostu və iki qadın da olub. Ramin Tahirovla yanaşı həmin qadınlar da qəza zamanı həlak olub. Dostu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qadınlardan biri ön oturacaqda olub və qəza zamanı başı qopub. Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

“Sumqayıtda yol polisi ağır qəza törətdi: özü və iki qadın öldü” yazısına 3 cavab

  1. mehemmed deyir:

    Allah rehmet elesin

  2. Terane deyir:

    Allah Rehmet elesin

  3. Senan babayev deyir:

    yaxwi oglan idi damin onu icki reydine yollamirdilar cunki o iwdede icirdi ona gore hec kime deymez toxunmaz hamiynan mehriban hamiya ustubka kecen ne bilim ele bil polis yox qardaw olub hami ucun o morgda olanda bize uzag qohumdu mende orda idim 300 dene mawn var idi belke yasi demirem hele saat 8 de basdirdilar millet elinnennyer yox idi Allah rehmet elesin ( ne deyey qismet yaxwilar tez gedir onsuz dunyadan (

Şərhinizi yazın