Menu
Geri İrəli

Sumqayıtda yol qəzası: sürücü hadisə yerində ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2017 • Baxış sayı: 1,901 dəfə • Şərh yoxdur

1488198792366013428_1000x669Fevralın 27-də Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, hadisə saat 01.00 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini Emil Rzayev idarə etdiyi BMW markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini şəhər təcili tibbi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın