Menu
Geri İrəli

Sumqayıtda yük maşını sərnişin avtobusuna çırpılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2016 • Baxış sayı: 1,835 dəfə • Şərh yoxdur

Sumqayıtda yük maşını sərnişin avtobusuna çırpılıb.

APA-nın məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb.

Sürətlə hərəkətdə olan “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını əvvəlcə “Mercedes” markalı minik maşınına dəyib, daha sonra isə dayanacaqda dayanmış sərnişin avtobusuna arxadan çırpılıb. Sumqayıt-Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində 3 saylı marşrut xətti ilə hərəkət edən avtobusda qəza zamanı sərnişinlər olub. Zərbənin gücündən avtobus yanı üstə aşıb.

Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib. Hadisə şahidlərinin sözlərinə görə, bir neçə sərnişin təcili yardım avtomobilləri ilə xəstəxanalara aparılıb. Lakin Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən bildirilib ki, onlarda qəza nəticəsində xəsarət alanların sayı və şəxsiyyəti barədə məlumat yoxdur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ad17294517c56a789ddbe263e8a8a08a d2ae9685bcd4f6f026a8a371c623ff71

Facebook Şərhləndirmə:

Şərhinizi yazın