Menu
Geri İrəli

Sumqayıtda zəhərlənən FHN əməkdaşlarından YENİ XƏBƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyul 2017 • Baxış sayı: 1,138 dəfə • Şərh yoxdur
d9ca057c0e538779d42059f2f5c86f94Ötən gün Sumqayıt şəhərində 76-cı məhəllədə kanalizasiya quyusuna düşən şəxsi xilas edərkən zəhərlənən Fövqəladə Hallar Nazirliyinin (FHN) dörd işçisinin vəziyyəti dəyişməz olaraq qalır.
sumqayitxeber.com azvision.az-a istinadən məlumatına görə, bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.
Şöbə müdiri bildirib ki, FHN işçilərindən ikisinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə orta-ağır olaraq qalır.
Qeyd edək ki, dünən Fövqəladə Hallar Nazirliyi(FHN) Sumqayıt Regional Mərkəzinin bir əməkdaşı kanalizasiya quyusuna düşən şəxsi xilas edərkən qazdan boğularaq dünyasını dəyişib. Eyni zamanda mülki vətəndaş da qazdan boğularaq ölüb.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın