Menu
Geri İrəli

Sumqayıtdakı dəhşətli qəzada yaralanan qadın da öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Fevral 2016 • Baxış sayı: 1,521 dəfə • 3 şərh

Yanvarın 16-da saat 23 radələrində Sumqayıt şəhərində baş verən dəhşətli qəzada vəfat edənlərin sayı 2-yə çatıb.

Lent.az-ın məlumatına görə, Sumqayıt şəhəri Heydər Əliyev prospektində “VAZ 21015″ ilə “Geely” markalı minik avtomobillərinin toqquşması nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən yaralılardan Orucova Tutu Ədalət qızı uzun müddət komada qaldıqdan sonra dünən həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Bildirək ki, Orucova Tutu Ədalət qızı hadisə zamanı yaralanan Vüqar Orucovla evli imiş və qəzadan təxminən 10 gün əvvəl  Əsmər adlı qızları dünyaya gəlib.

Əlavə edək ki, Vüqar Orucovun qardaşı Vüsal Orucov isə hadisə yerində dünyasını dəyişib.

Hazırda ağır əməliyyat keçirən Vüqar Orucovun qardaşının və  həyat yoldaşının ölümündən xəbəri yoxdur.

Facebook Şərhləndirmə:

“Sumqayıtdakı dəhşətli qəzada yaralanan qadın da öldü” yazısına 3 cavab

  1. XURAMAN deyir:

    Allah rəhmət eləsin.Valideyinlərinə səbir diləyirəm.

  2. aerdebil deyir:

    salam guzel azerbaycan ve guzel sumqayit

  3. aerdebil deyir:

    tanri olari rehmet elesin

Şərhinizi yazın