Menu
Geri İrəli

Sumqayıtdakı kütləvi dava qız üstündə olub?

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Fevral 2014 • Baxış sayı: 1,413 dəfə • Şərh yoxdur

Sumqayıtda baş verən kütləvi dava ilə bağlı yeni təfərrüatlar meydana çıxıb.

Bu barədə “Axar.az”a kütləvi davanın şahidləri məlumat veriblər. Bildirilir ki, hadisə heç də media orqanlarında təqdim edildiyi kimi deyil: “Kafe sahibləri ilə müştərilər arasında dava məhz qız ucbatından baş verib”.

Şahidlər hadisənin baş verdiyi “Kral” kafesinə daha çox yüngül əxlaqlı qadınların toplaşdığını söyləyirlər. Onlar buraya əsasən qızların axınının saat 20:00-dan sonra daha aktiv olduğunu deyirlər. Məhz buna görə də şəhər gəncləri və kənar bölgədən (xüsusiylə şimal rayonları) gələnlərin “Kral” kafesinə müraciət etdikləri vurğulanır.

Qeyd edək ki, dünən yayılan informasiyaya əsasən, Sumqayıtda 20 nəfər arasında kütləvi dava baş verib. Kütləvi davaya əsas səbəb kimi isə kafe sahibləri ilə müştərilər arasında yaranmış narazılıq göstərilir. Zərərçəkmişlərdən birinin açıqlamasında isə kafe sahiblərinin onların ciblərindəki pulun çoxluğunu gördükdən sonra dava saldıqlarını qeyd edib. Mövzu ilə bağlı araşdırmamız davam edəcək.

dava

Facebook Şərhləndirmə:

Şərhinizi yazın