Menu
Geri İrəli

Sumqayıtın bir hissəsində işıq niyə yoxdur?

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Sentyabr 2017 • Baxış sayı: 301 dəfə • Şərh yoxdur
Share Button

lamp-2Abşeron rayonunun və Sumqayıt şəhərinin bir hissəsinə elektrik enerjisinin verilməsi dayandırılıb.

“Report” xəbər verir ki, yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Abşeron rayonunun Masazır və Saray qəsəbələrində, Sumqayıtın isə Corat qəsəbəsində, XVII və XVIII mikrorayonlarında gecə saatlarından işıq yoxdur.

Məsələ ilə bağlı “Report”a açıqlama verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev problemin mövcudluğunu təsdiq edib: “Elektrik enerjisi ilə təchizatda fasilələr daha çox həyət evləri olan ərazilərdədir. Əməkdaşlarımız problemi aradan qaldırmaq üçün çalışır və yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa ediləcək”.

Xatırladaq ki, adıçəkilən ərazilərdə işıqla bağlı problemləri yay aylarında da yaranmışdı. Həmin vaxt “Azərişıq” rəsmiləri bunu qışa hazırlıq məqsədi ilə elektrik xətlərinin yenilənməsi ilə izah etmişdi.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın