Menu
Geri İrəli

Sumqayıtın girişində qəza tıxaca səbəb oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2017 • Baxış sayı: 1,830 dəfə • Şərh yoxdur

Axşam saatlarında Sumqayıtın giriş yolunda tıxac yaranıb.

Trend-in məlumatına görə, tıxaca həmin yolda baş verən qəza səbəb olub. Sumqayıt istiqamətində hərəkət edən iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində hazırda yolda hərəkət dayanıb.

Hadisə yerinə yol polis əməkdaşları cəlb olunub, araşdırma aparılır. Qəzanın baş vermə səbəbləri məlum deyil.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın