Menu
Geri İrəli

Sumqayıtın qənimi yaxalandı

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2015 • Baxış sayı: 663 dəfə • Şərh yoxdur

hebs qandalSumqayıt şəhərində silsilə oğurluq və soyğunçuluq edən dəstənin daha bir üzvü həbs edilib. Polis əməkdaşların keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində və Ceyranbatan qəsəbəsində evlərə basqın edərək oğurluq edən şəxslərdən daha biri Hüseynov Fərhad Aftandil oğlu da tutularaq istintaqa təhvil verilib.

Onlar oğurluq məqsədi ilə üzlərinə maska taxaraq evlərə və mağazalara basqın edirmiş. Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmış Fərhad Hüseynov dəstənin digər üzvü Taleh Hüseynovun qardaşıdır.

Faktla bağlı Sumqayıt Şəhər Polis idarəsində cinayət işi başlanılıb, aparaşdırmalar davam edir

Facebook Şərhləndirmə:

Şərhinizi yazın