Menu
Geri İrəli

Sumqayıtlə gənc hövsanda qəzaya düşdü: 3 nəfər dünyasını dəyişdi

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyul 2014 • Baxış sayı: 811 dəfə • Şərh yoxdur

qeza-hovsanÖlənlərdən ikisi yeniyetmə bacı və qardaşıdır

Bakı-Hövsan yolunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində ölən və yaralananların adı bəlli olub.

3 saylı şəhər xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan Hövsan qəsəbə sakini, 36 yaşlı Əhmədova Könül Əlixan qızı və yük maşınının sürücüsü, 25 yaşlı Sumqayıt sakini Heydərov Pərviz Aqil oğlu xəstəxanaya yerləşdiriliblər. Sürücüyə artıq ilkin tibbi yardım göstərilib, vəziyyəti yaxşıdır.

Ölənlərin üçünün də “VAZ-2106” markalı avtomobildə olduğu bildirilir. Ölənlərin adlarına gəlincə, “VAZ-2106”nın sürücüsü, 24 yaşlı Ağayev Pünhan Səftər oğlu, 13 yaşlı Əhmədova Şahnaz Eldar qızı və onun 10 yaşlı qardaşı Əhmədov Elmar Eldar oğludur.

*****

16:14

Bakı-Hövsan yolunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “VAZ-2106” ilə “İSUZU” markalı yük avtomobili toqquşub. Nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Qəzadan sonra Hövsan qəsəbəsinin girişində tıxac yaranıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın