Menu
Geri İrəli

Sumqayıtlı 8 yaşlı qız əməliyyat masasında dünyasını dəyişdi – FOTOLAR (AÇIQLAMA)

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2017 • Baxış sayı: 2,051 dəfə • Şərh yoxdur
Share Button

 

Bakıda 8 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb.

 Hadisə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaq əməliyyat masasında dünyasını dəyişib.

Yaxınları iddia edib ki, narkoz çox verildiyi üçün uşaq ölüb.

Qeyd edək ki, 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıqdır böyrək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırmalara başlanılıb. (report)

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın