Menu
Geri İrəli

Sumqayıtlı aktyorun oğlu vəfat etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Oktyabr 2016 • Baxış sayı: 2,760 dəfə • 1 şərh

nadir-xasiyev-5Dövlət Musiqili Teatrının tanınmış aktyoru Nadir Xasıyevə ağır itki üz verib

sumqayitxeber.com xəbər verir ki,  aktyorun oğlu Tural dünyasını dəyişib. Bu barədə sosial şəbəkədə teatrın aktrisası Gülçöhrə Abdullayeva yazıb:

“Səhəri çox üzücü xəbərlə açdıq. Əzizimiz Nadir Xasıyevin oğlu Tural vəfat edib. Deyilənə görə, yaxşı səsi və piano ifası varmış. Allah heç kimə bala dağı verməsin”.

Qeyd edək ki, Nadir Xasıyev Sumqayıt şəhərində yaşayır.

BİOQRAFİYA: Nadir Xasıyev 1961-ci ildə 24 dekabr tarixinde Ağsu rayonun Bico kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. Sumqayıt teatrında səhnə sənətinin sirlərinə vaqif olan, bir sıra maraqlı obrazları ilə özünə tamaşaçı rəğbəti qazanan N.Xasıyev, işgüzarlığı, gərgin əməyi, məlahətli səsi sayəsində musiqili komediya janrının tələblərinə tez alışmış, tearda aparıcı aktyorlar sırasına yüksəlmişdir. N.Xasıyevin “Subaylarınızdan görəsiniz”də Fəqan, “Qızıl toy”da Azər, “50 yaşında cavan”da Qulu, “O olmasın, bu olsun”da Sərvər, “Nəğməli Könül”də Ramazan, “Hərənin öz ulduzu”nda Əlibala, “Səhnədə məhəbbət”də Rüstəm, “Hələlik”də Mürsəl və başqa surətlər özlərinin orijinallığı, məharətli ifası ilə fərqlənir.

1997-ci ildə “Aparıcı səhnə ustası” kateqoriyasına layiq görülüb.

Facebook Şərhləndirmə:

“Sumqayıtlı aktyorun oğlu vəfat etdi” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Heyf… Allah rəhmət eləsin. Çox ağır dərddir. Gərək Nadir müəllimə belə müsibət üz verməyəydi… Çox üzüldüm. Dərd ondadır ki, belə ağır anlarda ata övlada canını verməyə hazır olsa da, bütün var-dövlətini verə bilsə də, təkcə övlada lazım olan sağlam canı verə bilmir. Təbabət isə hələ də ölüm qarşısında acizdir. Allah səbr versin gözəl sənətkarımız Nadir müəllimə! Çox təəssüflər və acılar ki, o, daha qanadı qırılmış qartaldır…

Şərhinizi yazın