Menu
Geri İrəli

Sumqayıtlı gənc tost deyəndə sözünü kəsdiyi üçün dostunu bıçaqladı

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Noyabr 2013 • Baxış sayı: 341 dəfə • Şərh yoxdur

Binəqədi rayonu, Biləcəri qəsəbəsində 31 yaşlı Ədalət Hətəmov Sumqayıt şəhər sakini olan həmyaşıdı Sadiq Əliyev tərəfindən bıçaqlanıb. Sadiq Əliyev Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib.

 Sadiq Əliyevlə Ədalət Hətəmov dost olublar. Hadisə baş verən gün bir yerdə yeyib-içən dostlar arasında mübahisə düşüb. Belə ki, Sadiq Əliyev tost dediyi vaxt Ədalət Hətəmov tez-tez onun sözünü kəsirmiş. Bu səbəbdən onlar arasında mübahisə yaranıb. Ətrafdakılar onları aralasalar da, sonradan Sadiq Əliyev məsələni aydınlaşdırmaq üçün Ədalət Hətəmovla görüşüb. Onların söhbəti  qanlı olayla nəticələnib. Belə ki, Sadiq dostunu bıçaqlayıb.
bicaq4-300x185
Facebook Şərhləndirmə:

Şərhinizi yazın