Menu
Geri İrəli

Sumqayıtlı vəkil İntiqam Əliyevin məhkəməsi başlayır

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyul 2015 • Baxış sayı: 401 dəfə • Şərh yoxdur
intiqam eliyevHüquq Maarifçiliyi Cəmiyyətinin sədri, hüquq müdafiəçisi İntiqam Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti üzrə ilkin baxış iclası iyulun 6-da keçiriləcək. Bu barədə Bizimyol.info saytına məlumat verən vəkil Cavad Cavadov bildiridi ki, iclas saat 11-00-da hakim Vüqar Məmmədovun sədrliyi ilə keçiriləcək.
İntiqam Əliyev 8 avqust 2014-cü il tarixində həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham elan edilib. Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əliyevə 7il 6 ay cəza verilib. Lakin o, ittihamıarı qəbul etməyərək, həbsinin siyasi sifariş olduğunu bəyan edib. «Amnesty İnternational» təşkilatı İ.Əliyevi “vicdan məhbusu” kimi tanıyıb.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın