Menu
Geri İrəli

Sumqaytda marşrut avtobuslarına hücum: hadisənin təfərrüatları – VİDEO REPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Noyabr 2017 • Baxış sayı: 3,608 dəfə • Şərh yoxdur
Share Button
1510835675_avtobusXəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Sumqayıt şəhərində 7 və 7 A saylı marşrut xətti üzrə hərəkət edən marşrut avtobuslarına hücum edilib. Hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib. Olay nəticəsində 3 avtobusun şüşəsi sınaraq yararsız hala düşüb.
Avtobuslardan birinin sürücüsü Vidadi Şükürov baş verən hadisəni belə xatırlayır: ”Axşam saat 18:25 radələrində İsmət Qayıbov küçəsində hərəkət zamanı maşında gurultu səsi gəldi. Bu zaman avtobusun salonunda sərnişinlər səs-küy qaldırdı. Mən avtobusu idarə etdiyimdən nə baş verdiyini başa düşmədim. Sərnişinlər dedilər ki, şüşəni sindırdılar. Avtobusu kənara çəkib saxladım. Nə baş verdiyini öyrənmək üçün düşüb baxdım ki, avtobusun şüşəsi çilik-çilik olub. Sərnişinlər arasında isə xəsarət alan yox idi. Sonra isə aidiyyatı qrurumlara hadisə barəsində məlumat verdim.” Onu da bildirək ki, avtobusların şüşələri yenilərək yenidən xəttə buraxılıb.
Bir sıra KİV-lərdə isə məlumat yayılıb ki, naməlum şəxs Sumqayıtda avtobusu atəşə tutub. Baş Prokurorluq Sumqayıt şəhərində marşrut avtobusunun atəşə tutulması barədə məlumatlarına aydınlıq gətirib. Bildirilib ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Prokuroluğun məlumatında qeYd olunub ki, 7 saylı marşrut avtobusuna kənardan daş atılaraq şüşələri sındırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, hazırda inzibati xətanı törədən şəxs və ya şəxslərin müəyyən olunaraq tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir. Sumqayıt polisi də sərnişin avtobusunun atəşə tutulması barədə yayılan məlumatlara münasibət bildirib. Vurğulanıb ki, 7 saylı sərnişin avtobusuna daş atılıb, avtobusun şüşələri sınıb.
Faktla fakla araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın