Menu
Geri İrəli

Suqmayıtda ağır qəza: 1 ölü, 2 yaralı

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Aprel 2013 • Baxış sayı: 335 dəfə • Şərh yoxdur

Martın 31-də saat 22.00 radələrində Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, Sülh küçəsində Elçin İmanovun idarə etdiyi “VAZ-2107″ ilə Əkbər Mahmudovun idarə etdiyi “Chevrolet” markalı avtomaşınlar toqquşub. Nəticədə E.İmanov hadisə yerində ölüb, Ə.Mahmudovun xəsarət almış sərnişinləri – Bakı şəhər sakinləri Şərqiyə Məhərrəmova və onun bacısı Solmaz isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən faktla bağlı araşdırma aparılır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın