Menu
Geri İrəli

Sürəyya və Leylanın “ölüm səfəri”nə çıxdığı avtomobilin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2016 • Baxış sayı: 4,573 dəfə • Şərh yoxdur

Bir neçə gün əvvəl Novxanı qəsəbəsi ərazisində Sumqayıtdan Bakıya işə gələrkən dəhşətli qəzaya düşən bacılardan ikincisi də bu gün vəfat etdi. Lent.az Sürəyya və Leyla Qəhrəmanova bacılarının qəzaya düşdüyü avtomobilin görüntülərini əldə edib. Hadisənin dəhşətini və məşumluğunu əks etdirən fotoları təqdim edirik.

Qeyd edək ki, sentyabrın 15-də saat 08 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Sürayyə Qəhrəmanovanın idarə etdiyi “Chevrolet Aveo” və Bakı şəhər sakini Kamran Məmmədovun idarə etdiyi “MAN” markalı yük maşını toqquşub. Nəticədə S.Qəhrəmanova hadisə yerində ölüb, onun 24 yaşlı bacısı Leyla isə əvvəlcə Kliniki Tibbi Mərkəzə, daha sonra isə işlədiyi özül xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Leylanın da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

 qeza454 qeza1 qeza2 qeza4 qeza5 qeza6 qeza7 qeza54 qeza67
Facebook Şərhləndirmə:

Şərhinizi yazın