Menu
Geri İrəli

Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı həbs edilib

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 17 Aprel 2014 • Baxış sayı: 351 dəfə • Şərh yoxdur
Qandal qolda 220811
Bakı. Şəhriyar Əlizadə - APA. Suriyada döyüşlərə qatılan Azərbaycan vətəndaşı həbs edilib.

APA-nın məlumatına görə, Qəbələ rayon sakini, 1989-cu il təvəllüdlü Həsənov Əhməd Elxan oğlu hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Onun Suriyada silahlı qruplaşmaların tərkibində döyüşlərdə 7 ay iştirak etdiyi, Suriyaya qanunsuz yolla getdiyi müəyyənləşib.

Ə. Həsənov Bakıya qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında tutulub.

O, Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsi ilə təqsirləndirilir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın