Menu
Geri İrəli

Taksi sürücüsünü öldürməkdə təqsirləndirilən Sumqayıt Dövlət Universitetinin tələbələri MƏHKƏMƏ ÖNÜNDƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Mart 2016 • Baxış sayı: 1,013 dəfə • Şərh yoxdur

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nabranda qətl törətməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Ramin Abbaslı və Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Müdafiə tərəfinin vəkillləri cinayət işində qanun pozuntuları olduğu üçün işin istintaqa qaytarılması ilə bağlı vəsatət verib. Vəsatət təmin edilməyib.

Məhkəmə baxışı martın 14-ə təyin edilib.

Qeyd edək ki, qətl keçən il iyun ayında Nabrandakı istirahət mərkəzlərinin birində baş verib.

20 yaşlı Hüseyn Rüstəmov Nabrana tələbə yoldaşları ilə birgə istirahətə gəlibmiş. Orda gənclər əylənmək istəyib. Bu zaman onlar yanlarına qız çağırıblar. Əylənəndən sonra qızın dalınca gələn taksi sürücüsü Famil Məmmədovla aralarında ciddi mübahisə düşüb. Taksi sürücüsü tələbələrdən əlavə pul tələb edib. Münaqişə nəticəsində taksi sürücüsü qətlə yetirilib. Hadisə ilə bağlı Ramin Abbaslı və Hüseyn Rüstəmov saxlanılıb. Hüseyn Rüstəmov Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), Ramin Abbaslı isə 221 (xuliqanlıq) maddəsi ittiham edilib.

Xatırladaq ki, hər iki şəxs Sumqayıt Dövlət Universitetinin tələbələri olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın