Menu
Geri İrəli

Tanınmış aparıcının ailəsində FACİƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyul 2014 • Baxış sayı: 593 dəfə • Şərh yoxdur

ayaz-nazimogluAyaz Nizamioğlunun azyaşlı övladı eyvandan yıxılaraq dünyasını dəyişib

Dünən axşam Azərbaycanın tanınmış jurnalisti Ayaz Nizamioğlunun Maqsud adlı üç yaşlı oğlu yaşadığı mənzilin dördüncü mərtəbəsindən yıxılıb. Jurnalist Rey Kərimoğlunun Lent.az-a verdiyi məlumata görə, yaxınları uşağı dərhal Respublika neyrocərrahiyyə xəstəxanasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu gün Maqsudu İsmayıllı rayonunun Səngəlin kəndində dəfn ediblər.

Şənbə günün Bakıda yas mərasimi olacaq.

Xatırladaq ki, əvvəllər ANS kanalında çalışan A.Nizamioğlu hazırda Azərbaycan Jurnalistlər Şəbəkəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəridir.

Allah rəhmət eləsin!

Facebook Şərhləndirmə:

Şərhinizi yazın