Menu
Geri İrəli

Tələbələrin öldüyü qəzanın baş vermə anı – Video

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Mart 2017 • Baxış sayı: 2,572 dəfə • Şərh yoxdur

Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı iki nəfər saxlanılıb.

sumqayitxeber.com Avtosfer.az xəbər verir ki, “ZİL” markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb. Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı “ZİL”in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır.

Bu arada sayt qəzanın başvermə anının və səbəbini açıq-aşkar əks etdirən görüntüləri əldə edib. Görüntülərdən məlum olur ki, qəzaya düşən qırmızı rəngli “Ford”ün sürücüsü körpünün üzərində ötmə əməliyyatı aparır. Göründüyü kimi, o, digər “Ford”u ötməyə çalışır. Özü də sağdan. Hansı ki, sağdan ötmə qadağandır. Lakin Namiq Hüseynov bu cür kobud qayda pozuntusuna yol verərək qəza törədir. Hadisədən əvvəl “ZİL” markalı yük maşını körpünün üzərində xarab olaraq dayanıb. Mişar daşı daşıyan yük maşınının təkəri partlayıb. “ZİL”in sürücüsü maşını körpüdə saxlayaraq təhlükəsizlik tədbiri görürmüş kimi, bir neçə mişar daşını yola düzüb. Videodan da göründüyü kimi, “Ford” ötmə əməliyyatı edəndən sonar sol zolağa qayıtmağa çalışır. Lakin sürət yüksək olduğu üçün bunu edə bilmir. Əvvəl yoldaki mişar daşlarına dəyən “Ford” daha sonra sol tətəfdən “ZİL”ə çırpılıb.

Araşdırmalar zamanı məlum olub ki, Namiq Hüseynov uzun illərdir “Ford” sürür. 2012-ci ildən martın 6-dək o, 61 dəfə cərimə olunub. Təkcə ötən ilə 24 dəfə cərimələnib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın