Menu
Geri İrəli

Terrorçular Bakı-Tbilisi-Ərzurum qaz kəmərini partlatdılar

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Avqust 2015 • Baxış sayı: 415 dəfə • Şərh yoxdur

partlayisHücumda 20-yə yaxın yaraqlı iştirak edib.

Terrorçular Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Qars əyalətindən keçən hissəsində partlayış törədiblər.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışı “Kürdistan Fəhlə Partiyası”nın (PPK) yaraqlılarının törətdiyi müəyyənləşdirilib.

Partlayış bazar ertəsi axşam saatlarında Sarıkamış magistralı ərazisində baş verib. Hücumda 20-yə yaxın yaraqlı iştirak edib. Yerli televiziyanın məlumatına əsasən kəmər üzrə yanacağın nəqli dayandırılıb, yanğının söndürülməsi üzrə iş gedir.

Hadisə yerinə təhlükəsizlik qüvvələrinin hissələri gəlib. Ətraf rayonlar jandarm və hərbçilərin nəzarəti altına alınıb. Yaraqlılarla atışmaların getdiyi bildirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın