Menu
Geri İrəli

Tibb Universitetinin tələbəsi 4-cü mərtəbədən yıxılaraq ölüb – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2017 • Baxış sayı: 963 dəfə • Şərh yoxdur

00b02896-34dc-4e5b-94e0-e2a8e22852eeAbşeron rayonunun Xırdalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

sumqayitxeber.com Report-a istinadən xəbər verir ki, Xırdalan şəhəri, 26-cı məhəllədəki binalardan birində yaşayan 1993-cü il təvəllüdlü İsmayılzadə Nuranə İsmayıl qızı evin pəncərəsini silərkən 4-cü mərtəbədən yerə yıxılıb.

Nəticədə ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Yaralı orada dünyasını dəyişib.

Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olan N.İsmayılzadə nişanlı olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın