Menu
Geri İrəli

Tiflis zooparkından qaçan şir bir nəfəri öldürdü

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2015 • Baxış sayı: 488 dəfə • Şərh yoxdur

98684_res_01Tiflisdəki güclü daşqından sonra zooparkdan qaçan şir bu gün bir şəhər sakinini öldürüb.

Virtualaz.org saytı xəbər verir ki, gürcü KİV-ləri şirin hücumuna məruz qalan kişinin yerdə hərəkətsiz qaldığını, onun öldüyünün təxmin edildiyini yazır.

Şahidlər bildirir ki, vəhşi heyvanın hücumuna məruz qalan anbar sahibi olub. O, anbara daxil olmaq üçün qapını açarkən orada gizlənmiş şir hücum edib.

Tiflis sakinləri zooparkdan qaçan şiri bundan əvvəl keçmiş üzgüçülük hovuzunun yaxınlığında görmüşdülır.

Gürcü rəsmiləri isə bildirmişdi ki, zooparkdan qaçan vəhşilərin bir hissəsi öldürülüb, qalanları isə tutularaq zooparka qaytarılıb.

Son məlumata görə, şirin hücumuna məruz qalan şəxsin öldüyü təsdiqlənib. Xüsusi təyinatlılar vəhşi heyvanı neytrallaşdırmağa çalışır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın