Menu
Geri İrəli

Toyundan əvvəl itkin düşən şəxsdən – Xəbər var

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2015 • Baxış sayı: 255 dəfə • Şərh yoxdur

beyyy

Toyundan iki gün əvvəl itkin düşən Qəbələ sakinini 20 gündən sonra Bakının “Əhmədli” metrosunda görüblər.

Qəbələnin Soltannuxa kənd sakini Əhməd Hətəmovun sözlərinə görə, oğlu 31 yaşlı Ramil Hətəmov oktyabrın 1-də bankomatdan pul götürmək və xarab olan mobil telefonunu düzəltdirmək üçün rayon mərkəzinə gedib və toy mərasiminə hazırlıq üçün müəyyən işlər görəcəyini bildirib. Ancaq bir daha geri qayıtmayıb.

Heç bir əqli və psixoloji problemi olmayan Ramil Hətəmovun itkin düşməsi barədə ailə üzvləri Qəbələ rayon Polis Şöbəsinə məlumat veriblər. İyirmi gündür ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən onun tapılması üçün axtarış tədbirləri görülsə də hələ ki, bir nəticə əldə edilməyib. Ancaq ailənin yaxın qohumu Ramili bu gün səhər saatlarında Bakı şəhərində, “Əhmədli” metrosunda gördüyünü bildirib.

O, görüşmək üçün Ramilə yaxınlaşsa da, onun qaçaraq ərazini tərk etdiyini bildirib.

Qeyd edək ki, Ramil Hətəmovun oktyabrın 3-də toy mərasimi olacaqdı. Ötən ay onun nişanlısı olan qızın toy mərasimi olub.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın