Menu
Geri İrəli

Türkiyəyə ərə gedən sumqayıtlı qadına qaynı göz dikdi, əri bıçaqladı, sığındığı kişi boşadı – RƏZALƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Oktyabr 2017 • Baxış sayı: 881 dəfə • Şərh yoxdur
Share Button

59e778c91fbaf_meleykeTürkiyə vətəndaşına ərə gedən azərbaycanlı qadına qaynı göz dikib.

26 yaşlı Məleykə Sumqayıtda doğulub. 7 yaşından Rusiyada yaşayıb. 18 yaşında isə Türkiyənin Kayseri şəhərinə, xalasının yanına gedib. Elə orda da ailə qurub.

Birgə nikahdan onların 2 qız övladı doğulub. Ailə qurarkən 15 yaşında olan qaynı əsgərlikdən gəldikdən sonra qadının namusuna göz dikib.

Baş verənləri ailəsinə danışan qadına evdə heç kəs inanmayıb. Qayınanası onu boşanmaq adıyla oğluna şər artmaqda günahlandırıb. Baş verənlər onun ailə münasibətlərinin pozulması ilə nəticələnib. Əri qadını hər yerdə qısqanmağa başlayıb. Məleykə ayrılmaq qərarına gəldikdə isə əri tərəfindən bıçaqlanıb.

Ərini polisə şikayət edən qadın, sağlamlığına qovuşduqdan sonra iş yoldaşıyla vətəndaş nikahında yaşayıb. Onun hamilə olduğunu bilən kişi qadından imtina edib. Sənədləri qaydasında olmadığından Məleykə Türkiyədən deportasiya edilib. Bir ay əvvəl isə 3-cü dəfə qız anası olub.

Üç qardaşın bir bacısı olan Məleykəyə ailəsi sahib çıxmadığından o, “Təmiz Dünya” qadın sığınacağına üz tutub.

Qadın birinci ərinin həbs olunması üçün Türkiyəyə getməli olduğunu deyir. Lakin 8 ay sonra cərimə miqdarını ödədikdən sonra Türkiyəyə qayıda bilər. 5 və 4 yaşlı qızlarını görməyən qadın onlar üçün göz yaşı tökür. O, səbirsizliklə hər üç övladıyla birgə yaşayacağı günü gözləyir.

Teleqraf.com Xezerxeber-in mövzu ilə bağlı hazırladığı daha ətraflı videomaterialı təqdim edir:

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın