Menu
Geri İrəli

Ucarda iki yük avtomobili toqquşdu – Sumqayıt sakini hadisə yerində öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Mart 2017 • Baxış sayı: 1,007 dəfə • Şərh yoxdur
Share Button

qeza-kamazUcar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Fərrux İsmayıl oğlu Ramazanovun idarə etdiyi “Hyundai” markalı çörəklə dolu yük maşını eyni istiqamətdə hərəkətdə olan Gədəbəy rayon sakini, 1987-ci il təvəllüdlü Yaşar Valeh oğlu Hüseynovun idarə etdiyi “Shagman” markalı maşına arxadan çırpılıb. Nəticədə “Hyundai”ın sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb. Maşında sıxılmış vəziyyətdə qalmış meyit Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə görə, bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ucar rayonu, Müsüslü kəndində “Hyundai” və “Howo” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, “Hyundai” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-cı il təvəllüdlü Ramazanov Fərrux İsmayıl oğlunun cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:00-da başa çatıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın