Menu
Geri İrəli

Ucardakı dəhşətli qəzada ölən və yaralananların SİYAHISI

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyul 2014 • Baxış sayı: 334 dəfə • Şərh yoxdur
Share Button

yanan-qazel-fordBakı-Qazax yolunda baş verən dəhşətli yol qəzasında ölənlərin və yaralananların şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Bakı -Qazax əsas magistral yolunun 260-cı kilometrliyində, Ucar rayonunun Yeniyol kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini, 39 yaşlı Quliyev Sabir Səməd oğlunun idarə etdiyi buğda ilə yüklənmiş “QAZel” markalı yük maşını ilə əks istiqamətdə hərəkətdə olan Mingəçevir şəhər sakini 62 yaşlı Allahverdiyev Qəzənfər Müzəffər oğlunun idarə etdiyi 35 ton neftlə yüklənmiş “Mercedes” markalı yük maşını toqquşub.

Toqquşmadan sonra yanğın baş verib və hər iki maşın aşıb, ani vaxtda alışaraq yanmağa başlayıblar. Hadisə yerinə Ucar, Göyçay və Ağdaş rayonlarından ümumilikdə 5 yanğınsöndürən maşın və 25 nəfər canlı qüvvə cəlb olunub. Qəza nəticəsində “QAZel”in sürücüsü və onun sərnişini – 31 yaşlı Həsənov Səbuhi Ənciman oğlu sıxılmış vəziyyətdə maşında yanaraq ölüb. Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə hər iki meyiti çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. “QAZel”in digər sərnişini – 30 yaşlı Quliyev Şaiq İman oğlu və “Mercedes”in sürücüsü Q.Allahverdiyev yanıq xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Qəza nəticəsində əsas magistral yolun bir neçə kilometrliyində tıxac yaransa da, yol polisinin köməkliyi ilə avtomobillərin normal hərəkəti bərpa olunub. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın