Menu
Geri İrəli

“Whatsapp”da başqa kişi ilə yazışan arvadını öldürən şəxs 13 il cəza aldı – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Mart 2015 • Baxış sayı: 502 dəfə • Şərh yoxdur

Bağırova uzun müddət həmin şəxslə münasibət saxlayıb cinsi əlaqədə olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Rabil Abbasovun (1979-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az xəbər verir ki, ötən il oktyabrın 5-i axşam saat 21 radələrində Rabil Abbasov Nəsimi rayonu, R.Axundov küçəsindəki 10 saylı evin 6№i mənzilində ailə münaqişəsi zəminində arvadı Səadət Bağırovaya bıçaqla xəsarətlər yetirərək, onu qətlə yetirib.

İstintaqla müəyyən edilib ki, Rabil Abbasov Səadət Bağırovanın özünün istifadəsində olan telefondan naməlum şəxsin telefonuna SMS göndərməsini və həmin nömrəli telefondan mesaj qəbul etməsini bilib. Kiminlə yazışmasını xəbər aldıqda həyat yoldaşı həmin adamın adının Tamerlan olduğundan və arvadının onunla görüşdüyündən xəbərdar olub. Arvadının başqa kişi ilə əlaqəsi olduğuna görə özünü alçaldılmış hesab edən Rabil hiddətlənərək, qısqanclıq zəminində Səadəti əvvəl yumruqla vurub, sonra isə mətbəx bıçağı ilə qadının bədəninin müxtəlif nayihələrinə ümumilikdə 18 zərbə vurub, onu qəsdən öldürüb.

Araşdırma zamanı məlum olub ki, fərdi əməklə məşğul olan Rabil Abbasov, 2005-ci ildə Bakı hərbi məhkəməsinin hökmü ilə CM-nin 177-ci (oğurluq) və 221-ci (xuliqanlıq) maddələri ilə 2 il, 2009-cu ildə isə Nəsimi rayon məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunub.

Məhkəmə prosesində Rabil Abbasov ittiham üzrə özünü tam təqsirli bilərək göstərib ki, Səadət Bağırova ilə 2012-ci ildə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında tanış olub. Elə həmin il ailə qurub, sonuncunun birinci nikahdan olan oğlu Aqil və Səadətlə birgə nikahlarından olan Qadir adlı oğlu ilə yaşayıblar.

Oktyabrın 5-də evə gəlib, yorğun olduğundan divanda uzanıb yatıb. Saat 21 radələrində yuxudan oyanıb, ayağa qalxanda Səadətin telefonla kiməsə SMS göndərdiyini görüb. Arvadı onun yuxudan oyandığını görüb cəld telefonu əyləşdiyi yatağın üstündə olan yorğanın altında gizlədib.

Rabil Səadətin bu hərəkətini biruzə verməyib, ondan çay gətirməsini xahiş edib. Yoldaşı otaqdan çıxdıqda o telefona baxıb, onun bir kişi ilə “Whatsapp”da yazışdığını müəyyən edib. Səadət geri qayıdanda telefonun onun əlində olduğunu görüb, artıq hər şeyi başa düşüb və buna görə yaxınlaşıb ondan üzr istəyib. Səadətlə aralarında baş verəcək mübahisənin şahidi olub qorxacaqlarından ehtiyatlanıb, uşaqları Simuzər adlı qonşusunun evinə aparıb və sonuncudan uşaqlara nəzarət etməsini xahiş edib.

Evə qayıdıb Səadətdən kiminlə yazışdığını soruşduqda, arvadı Tamerlan adlı həmyerlisi ilə SMS-lə yazışdığını, uzun müddət həmin şəxslə münasibət saxlayıb cinsi əlaqədə olduğunu bildirib. Eşitdiklərindən əsəbiləşən Abbasov, mətbəxə keçib, bıçaq götürərək yoldaşına yaxınlaşıb və onun bədəninin müxtəlif nayihələrinə zərbələr endirməyə başlayıb.

Arvadı yerə yıxıldıqdan sonra da, ona dəqiq xatırlamadığı sayda bıçaq zərbələri vurub və artıq hərəkətsiz vəziyyətdə olduğunu görüb bıçağı mətbəxdə masanın üzərinə qoyub, əlini yuyub. Sonra öz telefonundan Səadətin anasına zəng edib qızını, ona xəyanət etdiyinə görə öldürdüyünü deyib. Ardınca mərhumun telefonunu götürüb evdən çıxaraq “28 May” metrostansiyası istiqamətində gedib, yolda telefondan Tamerlanın nömrəsinə zəng edib, harada olduğunu soruşub. Sonuncu uzaqda olduğunu bildirdikdə, ona Səadəti öldürdüyünü deyib, bunu eşidən Tamerlan dərhal telefonu söndürüb. Abbasov baş vermiş hadisənin təsirindən çıxmaq üçün səhərə kimi küçədə gəzib, sonra isə Nəsimi RPİ 21-ci polis bölməsinin əməkdaşları onu tutaraq bölməyə aparıblar.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın