Menu
Geri İrəli

Xalq artisti ailəsi ilə dəhşətli qəzaya düşdü: ölənlər var

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Mart 2014 • Baxış sayı: 1,011 dəfə • Şərh yoxdur

Bu gecə Bakının Suraxanı rayonunda dəhşətli qəzaya düşmüş şəxslər Azərbaycanın mahir tar ifaçısı, xalq artisti Ağasəlim Abdullayev və onun ailə üzvləri imiş. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, avtoqəzada dünyasını dəyişən xanım onun həyat yoldaşı, azyaşlı isə nəvəsi olub.

Qəza yerinə Suraxanı rayon polis idarəsi əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Aparılan araşdırmalar zamanı məlum olub ki, qəzanı törədən “Mercedes”in sürücüsü həddən artıq sərxoş olub.

Faktla bağlı cinayət işi başlanılıb. Qəzaya səbəb kimi ilkin olaraq “Mercedes”in sürət həddini aşması göstərilir.

qeza-43

Facebook Şərhləndirmə:

Şərhinizi yazın