Menu
Geri İrəli

Xəyanətə görə bibisini öldürən şəxsin istəyi qismən reallaşdı – Sumqayıt Apelyasiya Məhkəməsində

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Aprel 2015 • Baxış sayı: 544 dəfə • Şərh yoxdur
Share Button

Mehkeme-cekic1Sumqayıt Apelyasiya Məhkəməsində 1982-ci il təvəllüdlü Samir Mövlanovun məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə  vəkil Şəmsəddin Quliyev çıxış edərək, müdafiə etdiyi şəxsin bibisi Gülbikə İsgəndərovanı güclü ruhi həyəcan (affekt) vəziyyətində öldürdüyünü qeyd edib. Vəkil müdafiə etdiyi şəxsin əməlinin Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsini xahiş edib. Hakimlər kollegiyası qərar qəbul etmək üçün müşavirə otağına gediblər. Qərara əsasən, Samir Mövlanova təyin edilən 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 1 il çıxılıb və onun barəsində qəti olaraq 12 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Qeyd edək ki,  Samir Mövlanov 17 iyun 2013-cü ildə bibisi Gülbikə İsgəndərovanı öldürüb. Samir Mövlanovun həyat yoldaşı Ülviyyə Quliyeva ərindən gizlin mobil telefon işlədərək onun bibisi oğlu Nurlan İskəndərov ilə telefon əlaqəsi saxlayıb. Samir 11 iyun 2013-cü ildə öz bibisi oğlu ilə həyat yoldaşı Ülviyyənin sevgi münasibətində olduğunu öyrənib. O, həyat yoldaşından bu barədə soruşub. Ülviyyə Quliyeva ərinin məsələdən xəbər tutmasını biləndən sonra qorxuya düşüb və həmin gecə evdən qaçıb. Samir Mövlanov həyat yoldaşının bibisi oğlu ilə birlikdə Bakı şəhərinə getdiyini öyrənib. O, həyat yoldaşının bibisi oğlu Nurlan İskəndərovla ona xəyanət etdiyini başa düşüb. Samir bu məqsədlə onları axtarıb. Samir Mövlanov hər dəfə Gülbikə İskəndərovadan onların yerini soruşduqda Gülbikə bilmədiyini deyib.

Hadisə baş verən gün Samir spiritli içki qəbul edib və saat 22 radələrində bibisi G. İskəndərovanın Köhnə Xaçmaz kəndi, Qudyalçay küçəsi 14 ünvanında olan evinə gəlib. O, bibisindən oğlu Nurlanın yerini soruşub. Bu zaman bibi və qardaşoğlu arasında mübahisə yaranıb. Mübahisə zamanı Samir Mövlanov qisas almaq məqsədilə Gülbikə İskəndorvanı öldürmək qərarına gəlib. Samir bu məqsədlə özündə olan bıçaqla Gülbikə İskəndərovanın boyun nahiyəsini kəsib. O, daha sonra bibisinə 22 bıçaq zərbəsi vurub. Gülbikə İskəndərova aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb.

Samir Mövlanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Samir Mövlanov apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsüf edilməsini istəyib. Bir müddət əvvəl Sumqayıt Apelyasiya Məhkəməsində, hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Qərara görə, Samir Mövlanovun şikayəti təmin edilib və onun əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilib. Ona 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Bu qərardan narazı qalan Baş Prokurorluq Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmədə işə baxan hakim heyəti Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını ləğv edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın