Menu
Geri İrəli

2-si tələbə, 5 qadın bu binada öldü – TƏFƏRRÜAT

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Mart 2017 • Baxış sayı: 1,429 dəfə • Şərh yoxdur

Dem-Qaz

Xırdalanda dəm qazından boğulan beş nəfərin meyitləri artıq yaşadıqları evdən çıxarılıb.

Musavat.com-un məlumatına görə, onlardan yalnız ikisi tələbə olub. Belə ki, dəm qazından boğulan Mələk Abbasova və Turanə Xalıyeva Bakı Humanitar Kollecinin ikinci kursunda oxuyublar.

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Ruxsarə Əliyeva jurnalistlərə açıqlamasında bildirib ki, ölən tələbələr günorta növbəsində oxuyublar.

Tələbələrdən başqa ölən 3 şəxs Balakən rayonundan olan Turanə Xanıyevanın xalası və xalası qızları olublar. Belə ki, Turanənin xalası onkoloji xəstə olub və Bakıya qızı ilə birgə müalicəyə gəlibmiş. Mələk Abbasovanın isə Cəlilabad rayonundan olduğu bildirilir.

Dəm qazından boğularaq ölənlərin meyitləri mənzildən çıxarılıb. Qapı isə çöldən bağlanılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın