Menu
Geri İrəli

Xırdalandakı partlayışda yaralanan şəxslərlə bağlı MƏLUMAT

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2014 • Baxış sayı: 466 dəfə • Şərh yoxdur

tecili yardim-021Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılan ata və oğulun vəziyyəti barədə məlumat açıqlanıb.

Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov APA-ya açıqlamasında deyib ki, oğul 2001-ci il təvəllüdlü Yunis İsmayılovun aşağı ətrafları yanıb. Onun sözlərinə görə, uşaq palataya yerləşdirilib, həyati təhlükəsi yoxdur.

Onun atası 1972-ci il təvəllüdlü Vidadi İsmayılovun isə bədəninin 90 faizi yanıb, vəziyyəti ağır qiymətləndirilir, həyati təhlükəsi yüksəkdir.

Qeyd edək ki, Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var. Baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılan iki şəxs yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın