Menu
Geri İrəli

Yanğında ölənlərdən daha 3 nəfərin kimliyi bilindi

Müəllif: sumqayitxeber.com • Tarix: 20 May 2015 • Baxış sayı: 482 dəfə • Şərh yoxdur

1032fd356d3c23c37f8a57b765bd8d0eAzərbaycan paytaxtında baş verən yanğın nəticəsində ölən 14 nəfərdən daha 3 nəfərin şəxsiyyəti müəyyənləşib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev bildirib ki, onlar 58 yaşlı Həsənova Alla Antonovna, 67 yaşlı Utuyevsil Yuri Vladimroviç və 68 yaşlı Yəhyayeva Elmira Əliağa qızıdır.

Qeyd edək ki, hadisə nəticəsində ölənlərin 11 nəfərinin kimliyi daha əvvəl müəyyənləşib. Bunlar Məhərrəmova Fərəh Elnur qızı (3 yaş), Bağırov Sahib Rəhim oğlu (49 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş) və Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamir qızı (21 yaş), Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğludur (2 yaş).

Ölənlərdən Bağırova Firəngiz Rəhim qızı ilə Bağırov Sahib Rəhim oğlu qardaş-bacıdırlar. Eyvazov Davud Hamir oğlu ilə Eyvazova Ülkər Hamir qızı isə Şirinova Zülfiyyə Yavər qızının övladlarıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın