Menu
Geri İrəli

Yasamalda dəhşətli qəza: İki nəfər can verdi – Video/16+

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2015 • Baxış sayı: 732 dəfə • Şərh yoxdur

1442220273Bakının Yasamal rayonu ərazisində, Qələbə dairəsi yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib.

Azadxeber.az xəbər verir ki, dövlət nömrə nişanı və markası bilinməyən avtomobil yolu keçmək istəyən iki piyadanı vurub.

Piyadalardan biri qadın, digəri isə kişi olub. Hadisənin səhər saat 10:15 radələrində baş verməsinə baxmayaraq Təcili Tibbi Yardım briqadası əraziyə 11:00-da çatıb. Yerdə can verən hər iki piyada Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb. Semaşko xəstəxanasından verilən son məlumata görə, hər iki piyada aldıqları xəsarətdən klinikada keçiniblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın