Menu
Geri İrəli

Yol polisinin Sumqayıtda törətdiyi qəza ilə bağlı DİN MƏLUMAT YAYDI

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyun 2016 • Baxış sayı: 3,822 dəfə • Şərh yoxdur

qezaDaxili İşlər Nazirliyi Sumqayıt şəhərinin Sülh küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 26-da saat 21 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində Ramil Tahirovun idarə etdiyi “Hyundai” markalı və şəhər sakini Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşub. Nəticədə R.Tahirov və sərnişinlərindən Əzizə Əzimova hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın