Menu
Geri İrəli

Zabratda kişi öz başını kəsdi

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2015 • Baxış sayı: 295 dəfə • Şərh yoxdur

bicaqqq

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Sabunçu rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, əslən Zəngilan rayonunda anadan olub, paytaxtın Zabrat qəsəbəsi, oktyabr küçəsi ev 64, mənzil 55 ünvanında yaşayan 1972-ci ildə Həsənqulu Aydın oğlu Hümmətov yaşadığı evin hamamında boğazını bıçaqla kəsərək intihar edib. 43 yaşlı kişi çoxlu qan itirdiyindən hadisə yerində dünyasını dəyişib. Onun meyitini ailə üzvləri aşkarlayıblar.

Hadisənin başvermə səbəbləri məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın