Menu
Geri İrəli

Zaqatalada narkotik satan sumqayıtlı tutulub

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Fevral 2015 • Baxış sayı: 435 dəfə • Şərh yoxdur
Share Button

images

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib.

 

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.

 

Keçirilmiş tədbir nəticəsində Sumqayıt şəhərində qeydiyyatda olan, hazırda Zaqatala şəhəri Anar Həmidov küçəsi ev 23 ünvanında kirayədə yaşayan, 1989-cu il təvəllüdlü İntiqam Oruc oğlu Hüseynov Zaqatala şəhəri ərazisində şübhəli şəxs qismində saxlanılıb.

İ. Hüseynovun üzərinə keçirilən baxış zamanı 7,2 qram heroin aşkarlanaraq götürülüb.

 

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

 

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın