Menu
Geri İrəli

Zaqatalada yanğın baş verib

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 17 Aprel 2014 • Baxış sayı: 372 dəfə • Şərh yoxdur

Zaqatalada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Xidmətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın  rayonunun Çökək yaşayış massivində Müslümov Məhəmməd Oruc oğluna məxsus ümumi sahəsi 110 kv. m olan,  kürsülü evin mətbəxində baş verib.

Hadisə yerinə FHN-in Zaqatala rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticədə evin mətbəxinin tavan hissəsinin 5 kv. m hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı FHN-in Zaqatala rayon DYMX-də araşdırma aparılır.

yanqin

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın