Menu
Geri İrəli

Ziya Məmmədovun qardaşı Qusardakı qətldən danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyul 2015 • Baxış sayı: 480 dəfə • Şərh yoxdur

92829Millət vəkili Elton Məmmədov Qusar rayonunun Çiləgir kəndində qardaşı Nəriman Məmmədovun qudası Ramiz Vəliyevin odlu silahla qətlə yetirilməsinə münasibət bildirib.

O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda hadisə ilə bağlı istintaq gedir: “Bu cinayət araşdırılır. Qətl zamanı qardaşımın orada olduğu bildirilsə də, mən hadisə yerində olmamışam. Heç nə deyə bilmərəm. Dolğun məlumat əldə etmək istəyirsinizsə, Qusar rayon prokurorluğuna müraciət edə bilərsiniz. Onlar ehtiyac duyulan məlumatı sizə verəcəklər”.

Qeyd edək ki, Virtualaz.org saytı məlumat yayıb ki, Qusarda qətlə yetirilmiş biznesmen Ramiz Vəliyev nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovla quda olub. Və qətl hadisəsi də nazirin qardaşının yanında baş verib.

Mənbənin bildirdiyinə görə, hadisə vaxtı N.Məmmədov qudasının villasında istirahətdə imiş. Gözətçi E.Hacıyev R.Vəliyevi güllələyəndə nazirin qardaşı da ruhi sarsıntı keçirib, onun hətta qorxudan dili tutulub. Onu əvvəlcə rayon xəstəxanasına, oradan isə Bakıya gətiriblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın