Menu
Geri İrəli

Zorlamaq istədiyi xalası qızının qanını tökdü – BAKIDA

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Yanvar 2015 • Baxış sayı: 744 dəfə • Şərh yoxdur

zorlama-azyashli-qizi1Hadisəni törədən gənc həmin evə qonaq gəlibmiş
Bakının Suraxanı rayonunda qonaq ev sahibinin azyaşlı qızını bıçaqlayıb. APA TV-nin məlumatına görə, Zirə qəsəbəsində yaşayan 24 yaşlı Seymur Məmməd oğlu Nəcəfov Suraxanı rayonu Xanlar Ələkbərov küçəsində yaşayan xalasının evinə qonaq gəlib. 14 yaşlı xalası qızının evdə tək olduğunu görən Seymur Nəcəfov ona qarşı seksual zorakı hərəkətlər edib. Azyaşlı A.Ə. müqavimət göstərəndə Seymur ona bıçaqla xəsarət yetirərək boğmaq istəyib. Bu zaman evə qızın valideynləri gəlib. Xalasının gəldiyini görən Seymur Nəcəfov evdən qaçıb. Azyaşlı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Növbətçi həkim İbrahim Mirzəliyevin sözlərinə görə, azyaşlıya bıçaqla 3 xəsarət yetirilib.

Həkim yaralı qızın boğazında da xəsarətlərin olduğunu bildirib. Hadisə yerindən qaçan Seymur Nəcəfov Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın