Menu
Geri İrəli

Zorlandığı iddia olunan vəzifəli şəxsin qızı ilə bağlı – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyul 2014 • Baxış sayı: 1,115 dəfə • Şərh yoxdur
Share Button

1351606753_zorlama-qadinQızın dediyinə görə oğlanla bir-birini sevirlər.

Səbail rayonunda polis ananın qızının zorlanması ilə bağlı şikayətini araşdırıb. Məlum olub ki, burada söhbət zorlanmadan yox, ananın şəxsi maraqlarından gedir. Qadın polisə şikayət edib ki, iyulun 17-də 15 yaşlı qızı Səkinə evdə tək olarkən Erkin adlı şəxs mənzilə soxularaq onu döyüb və zorla onunla cinsi əlaqədə olub.

Səbail rayon Polis İdarəsindən Milli.Az-a bildirilənə görə, zorlandığı iddia olunan qız bölməyə dəvət olunub ifadə verib.

Qız bildirib ki, oğlanla bir-birini sevirlər və xeyli müddətdir başqa mənzildə ər-arvad kimi yaşayırlar. Anası isə onların kənarda yaşamasını istəmir və onun evinə qayıtmasını israr edir. Sevgililər isə sərbəst yaşamaq istədiklərindən ananın evinə getmək istəmirlər. Ana isə qızının zorlanmasını deyərək kürəkənindən heyf çıxmaq istəyib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın