Havanın hərarəti 42 dərəcəyə çatacaq

734

Həftəsonu temperatur yüksələcək

Bakı və Abşeron yarımadasında avqustun 6-da hava günəşli olacaq. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 37-39, bəzi yerlərdə 41, axşam 28-30, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Avqustun 7-də hava günəşli keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Gecə 23-27, gündüz 37-39, bəzi yerlərdə 41, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Avqustun 8-də hava günəşli keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Gecə 24-27, gündüz 37-39, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Avqustun 9-da hava az buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Gecə 25-27, gündüz 37-39, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 7-də hava günəşli keçəcək. Şərq küləyi əsəcək.
Gecə 19-24, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 31-36 dərəcə isti olacaq.

Avqustun 8 və 9-da hava yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 19-24, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 30-35 dərəcə isti olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər