Həbibi məğlub edən yeganə döyüşçü AZƏRBAYCANLIDIR – FOTOLAR

1704

6 oktyabrda UFC idman növü üzrə məşhur döyüşçü Konor Makqreqora qalib gələrək, bütün dünyanın diqqət mərkəzinə düşən Həbib Nurməhəmmədovla bağlı Femida.az saytı maraqlı faktı üzə çıxarıb.

Belə ki, vaxtilə Həbib Dağıstanda azərbaycanlı idmançıya məğlub olub. Bu barədə saytımıza MMA-ın Azərbaycandakı rəsmi nümayəndəsi Şəhriyar Abbasov açıqlama verib:

“Xamis Məmmədov yeganə idmançıdır ki, Həbib Nurməhəmməovu məğlub edib. O, vaxtilə bizim döyüş klubunun üzvü olub. Düzdür, Həbib peşəkar döyüşlərdə heç vaxt uduzmayıb. Lakin həvəskar sambo döyüşlərində Xamis Məmmədov onu məğlub etmişdi. Hətta Həbib müsahibələrinin birində özü də bunu etiraf edib”.

Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Xamis Məmmədovun özü ilə əlaqə saxladıq. O da Femida.az-a açıqlamasında bu faktı təsdiqlədi:

“Həbib mənim dostumdur, atası da məşqçim olub, əlaqələrimiz çox yaxşıdır. Makqreqoru məğlub etdikdən sonra zəng edib təbriklərimi də çatdırdım. Həbibi məğlub etməyimə gəlincə, bu, 2007-ci ildə olub. 68 kiloqram çəkidə qarşılaşdıq. Döyüş sambosunda 3 rəqibi keçdim. 4-cü rəqibim Həbib oldu. Ona da 2:1 hesabı ilə qalib gəldim və finala çıxdım. Finalda isə 1:1 hesabı ilə bərabərə qaldıq. Rəqib yerli idmançı olduğuna görə, qələbəni ona verdilər. Təəssüf ki, o vaxt video çəkiliş imkanları bu günkü qədər geniş olmadığı üçün görüntülər yoxdur. Döyüşün video yazısı olan disk var idi, lakin sonradan onu da itirdim”.

Həbiblə 2011-ci ildə yenidən qarşılaşmalı olduq. Bu dəfə isə MMA döyüş növündə, finalda üz-üzə gəldik. Döyüşdən əvvəl mənə təklif olundu ki, Həbiblə qarşılaşmayım. Lakin bu təklifi qəbul etmədim. 76 kq çəki dərəcəsində qarşılaşdıq. Həmin vaxt Həbib mənə qalib gəldi. Qısa müddət sonra UFC-də hazırlaşmaq və döyüşmək üçün ABŞ-a yollandı”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər
Bənzər Xəbərlər