Həftəsonu hansı kinolara baxa bilərik? – SİYAHI

1434

Həftəsonunu maraqlı və əyləncəli keçirmək istəyən şəxslər kinoteatrlara üz tuta bilər. Bakıda fəaliyyət göstərən kinoteatrlarda xarici dilli kinolarla yanaşı azərbaycan dilinə tərcümə edilən filmlər də var.

Open.az istirahət günlərində izləyə biləcəyiniz filmlərin siyahısını təqdim edir:

“2 Mal” filmi (Park Cinema, Nizami kino mərkəzləri)

İş axtarışında olan iki gənc, adımız sanımız var deyə-deyə özlərnə uyğun bir iş tapa bilmədikləri üçün ve kredit borclarının həddindən artıq çox olduğu üçün axırda dayə olmaq qərarına gəlib bir imkanlı şəxsin evinə üz tuturlar, amma bu proses onlara heçdə ucuz başa gəlmir. Uşağın itməyi bir tərəfdən, uşağın atasının xəbər tutması bir tərəfdən, köhnə borclar bir tərəfdən onları gözləmədiyi günlərə salır. Amma bu iki gəncin (Qulam və Əmirin) köməyinə elə öz uşaqlıqları çatır.

“Peşəkar” filmi (Park Cinema, Cinema Plus kino mərkəzləri)

Amerikalı muzdlu sui-qəsdçi Lukas Hill brilliant partiyası üçün Rusiyaya gəlir. Tərafdaşları onu pis vəziyyətdə qoyur və o yad ölkədə, saxta daşlarla, rus mafiyasına qarşı tək qalır.

 

“Saatlı evin sirri” filmi (Park Cinema, Cinema Plus, Nizami kino mərkəzləri)

Lyus, dayısının evinin hasarından ayağını içəri salan kimi ilk eşitdiyi səs köhnə divarlardan səslənən saatın səsi idi. O, mövcudluğundan xəbəri belə olmayan magiya və sehrlər dünyasına qərq olur. Burada rəsmlər canlanır, qəribə məxluqlar yaşayır, evin ürəyi isə zamanın sirrini özündə saxlayır.

 

“Agent Coni İnqliş 3.0” filmi (Park Cinema, Cinema Plus,Nizami kino mərkəzləri)

Məxfi xidmətin bütün agentləri sıradan çıxanda ehtiyat agent oyuna qoşulur. İngilis tərzinin nümünəsi, çıxılmaz vəziyyətlərin kralı və rəqəmsal dövrdə analoq ənənələrin qoruyucusu Conni İnqliş Britaniya kəşfiyyatının həm göz dağı, həm də qürurudur.

“Rahibənin lənəti” filmi (Park Cinema, Cinema Plus,Nizami kino mərkəzləri)

Rumıniyanın uzaq monastırında intihar baş verdikdə gənc rahibə baş verənləri araşdırmaq üçün Vatikan qaranlıq keçmişə sahib keşiş və gənc rahibəni yollayır. Yalnız həyatları yox, həm də iman və mənəviyyatlarını riskə ataraq onlar şər qüvvələrlə üzləşir, monastır isə ölülər və sağ qalanlar arasında dəhşətli döyüş meydançasına çevrilir.

 

“Sadə xahiş” filmi (Park Cinema, Cinema Plus,Nizami kino mərkəzləri)

Kiçik şəhərcikdə yaşayan blogger-ana Stefani rəfiqəsinə yardım edir, o isə bundan sonra yoxa çıxır. Rəfiqəsinin həyta yoldaşı Şonla birgə Stefani həqiqəti tapmalıdır. Bundan sonra onların həyatı sirr və satqınlıq, sevgi və sədaqət, ölüm və intiqamlarla doludur.

 

“Keloğlan” filmi (Park Cinema,Nizami kino mərkəzləri)

Öz üstün zəkası və təmiz qəlbliliyi ilə tanınan Keloğlan, Canqızın köməyinə yetir. Heyvanların həyatı təhlükədədir. Keloğlan və dostları heyvanların soyunu qırmağa çalışan zalımlara qarşı savaşmaq məcburiyyətindədirlər. Keloğlan bu səfər də öz zəkası sayəsində zalımlara qalib gələ biləcəkmi?

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər