Həm ön, həm arxa cəbhədə birlik – hər kəs yardıma tələsir

874

Azərbaycan ordusunun düşmən üzərindəki üstünlükəri xalqda böyük ruh yüksəkliyi yaradır. Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışırlar. Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən şirkətlər də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirirlər.

Sumqayıt şəhərində fəaliyyət göstərən şirkətlər də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə ordumuza dəstək olurlar.

“Tabaterra”Qapalı Səhmdar Cəmiyyəti Ermənistanınnövbəti hərbi təcavüzünün qarşısının alınması, mülkiəhalinin təhlükəsizliyinin təmin edilməsi və işğalaltında olan torpaqlarımızın geri qaytarılması üçünşanlı ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 1 Milyon manat vəsait köçürüb.

Sumqayıt Texnologiyalar Parkı Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürdüb.

Sumqayıt Dövlət Universiteti 52 min, “Karvan” MMC 50 min, Fin Plast 10 min manat və digər şirkətlər və fərdi şəxslər müxtəlif məbləğlərdə ianələr ediblər. New City MTK 25 min manatlıq sovqat göndərib. 

Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitlərini təqdim edirik

Bankın adı: Azərbaycan Respublikası Beynəlxalq Bankı Binəqədi filialı
Bankın ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri Z.Bünyadov 30/12 bina 5A
Bankın telefonları: (012) 562 99 41, (012) 562 93 37
Kod: 805584
VÖEN: 9900001881
Müxbir hesab: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T Cod: IBAZAZ 2X
Benefisiarın adı: AR Müdafiə Nazirliyi (Silahlı Qüvvələrə Yardım Fondu)
VÖEN: 1300162621
Hesablaşma hesabları:
AZN AZ98IBAZ38040019449930010202
ABŞ DOLLARI AZ88IBAZ38140018409930010202
AVRO AZ68IBAZ38140019789930010202
RUSİYA RUBLU AZ08IBAZ38140018109930010202

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər