Hicran Hüseynova Coratda seçicilərlə görüşüb – FOTO

1675

41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynova Corat qəsəbəsində seçicilərlə görüşüb.

Görüşü giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin pedaqoji təcrübə rəhbəri, ağsaqqal Əvəz Mahmudov məlumat verib ki, 9 fevral Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keciriləcək. Ə.Mahmudov seçiciləri bu seçkilərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovaya səs verməyə çağırıb.

Daha sonra çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Hicran Hüseynovanın yüksək təşkilatçılıq bacarıqlarına malik olduğunu vurğulayaraq onun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olaraq gördüyü işlər, eləcə də Komitənin ailə, qadın və uşaq məsələləri sahəsində fəaliyyətini qeyd edib.

Daha sonra qəsəbə sakinləri adından Corat qəsəbə bələdiyyəsinin  nümayəndəsi, qəsəbənin ağsaqqalları çıxış ediblər. Corat sakinləri, eləcə də ağsaqqallar Hicran Hüseynovanın atası Kamran Hüseynov ilə bağlı xatirələrini bölüşüblər.

Hicran Hüseynova çıxış edərək Coratda olmaqdan məmnunluğunu bildirib. Qeyd edib ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən bu il “Corat ili” elan edilib və buna görə də bu il Corat qəsəbəsində bir çox işlər görüləcək. H.Hüseynova Corat sakinlərini 9 fervalda onu dəstəkləməyə çağırıb və əminliklə bildirib ki, deputat seçiləcəyi təqdirdə hər bir seçicisinin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək.

Görüşdə, həmçinin Sumqayıt şəhər “Çörək” ATSC İdarə Heyətinin sədri Tofiq Hüseynli, Sumqayıt şəhər 1 saylı Doğum Evinin baş həkimi Təranə Rəcəbli, sahibkar Fərxrəddin Rəhimov, Prezident yanında Beynəlxalq Humanitar Yardım Komissiyasının üzvü, “Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmsivari, Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Pirquliyeva, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə, şairə, jurnalist Rəfiqə Heybətova iştirak ediblər.

Görüş zamanı, vətəndaşların müraciətləri dinlənilib və müvafiq tədbirlərin görülməsi üçün qeydə alınıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər