Hulusi Akar Zakir Həsənovla Elçin Quliyevə zəng etdi

441

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevə zəng edib.

Türkiyə mediası xəbər verir ki, Hulusi Akar telefon danışığı zamanı tərəflərə Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığını çatdırıb.

Türkiyəli nazir qəza zamanı həlak olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. Bununla yanaşı, H. Akar Azərbaycan xalqına başsağlığı verib və həlak olanların ailəsinə səbr diləyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər