Menu
Geri İrəli

Ədəbi guşə-MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Aprel 2010 • Baxış sayı: 663 dəfə • 1 şərh

Ənənəvi sualları verməməyi məndən xahiş edən müsahibim qələm dostlarının cəsarətli yazıçı kimi tanıdığı sumqayıtlı xanım Almaz Sahilədir.

-         Almaz xanım, həqiqiəti bu qədər cəsarətlə söyləməyi kimdən öyrənmisiniz?

-         Oxuduğum əsərlərin qəhrəmanlarından.

-         Dönə-dönə oxuduğunuz əsər varmı?

-         Dünya ədəbiyyatını təkararən oxuyuram. H.Cavidi ruhən özümə yaxın bildiyimdən tez-tez onunla “dərdləşirəm”.

-     Hiss olunur ki, qələm dostlarınızın sizə xüsusi bir sevgisi var. Bunun sirri nədədir?

-         Olduğum kimi görünməyimdə.

-      Sizə əzab verən nədir?

-         İnsanların görünməyən tərəflərini görünən tərəflərindən daha aydın görməyim.

Nədən zövq alırsınız?

-         Uzun-uzadı növbələrdə dayanaraq insanları müşahidə etməkdən, gecələr yol getməkdən, xəstəyə qulluq göstərməkdən, qəfil qonaq getməkdən və s.

-         Özünüzə ən yaxın dost kimi hesab edirsiniz?

-         Özümü. Amma çox istərdim məni mənimtək duyan fədakar bir dostum olsun.

-         Nə vaxtdan yazırsınız?

-         Özümün çoxlarından fərqli taleyimlə tanış olandan bəri.

-         Həyatınızda xoş təsadüflər çoxmu olub?

-         Elə bil həyatım başdan-ayağa təsadüflər üzərində qurulub.

-         Ötənləri bir də yaşamaq istərdinizmi?

-         Gələnləri yaşamaq dərdi məni götürüb. Onda qala ötənləri yenidən yaşamaq… Mən heç vaxt heç nə üçün təəssüflənməmişəm.

- Ən çox nədən qorxursunuz?

-         Soyuqdan və qandan. Laqeydlikdən və anlanılmamaqdan.

- Səfərə çıxmağı xoşlayırsınız?

-         Xeyr. Amma içimdə xoş bir səfər arzusu var. Zülmət gecədə uzaqdan gələn işığa tərəf getmək, elə hey getmək. Lakin ona çatmamaq arzusu.

-         Bəs niyə çatmamaq?

-         Elə həyatın sirri bunda, yaşamaq duyğusu da bu sirdədir.

- Özünüzü yazıçı hesab edirsinizmi?

-         Mən iliyimə kimi yazıçı olduğumu hiss edirəm.

-      Azərbaycan ədəbiyyatında ən çox sevdiyiniz qəhrəman kimdir?

-         Cahandar ağa.

Ətrafınızda elə bir insan varmı ki, siz onun simasında bu dövrün Cahandar ağasını yaradasınız?

-         Var.

İLHAMƏ MƏHƏMMƏDQIZI

Facebook Şərhləndirmə:

“Ədəbi guşə-MÜSAHİBƏ” yazısına bir cavab

  1. Nurane deyir:

    Men onu bilirem ki men hele hec ne bilmirem(SOKRAT).kas hami bunu ozune demeyi bacarsa

Şərhinizi yazın